KALSİUM ÖLÇƏRLƏR
Kandaki kalsiyum, miktarı, insan son derece önemli bir faktördür

Qandakı kalsium miqdarı, insanın həyatda qala bilməsi üçün ən əhəmiyyətli bir faktordur. Bir insanın həyatını davam etdirə bilməsi üçün necə nəfəs almağa və su içməyə ehtiyacı varsa, qanında müəyyən bir miqdarda kalsium olmasına da ehtiyacı vardır. Qandakı kalsium miqdarı azaldığında insan həyatını itirər.

Kalsium, bədənimizdə bir çox həyati funksiyanın reallaşmasını təmin edir. Kalsium olmadan qan laxtalanmaz, bu vəziyyətdə kiçik bir yara və ya kəsik belə insanın qan itkisindən ölməsinə səbəb ola bilər. Kalsium sinir xəbərdarlıqlarının çatdırılmasında da çox əhəmiyyətli bir rol oynayır. Kalsium eyni zamanda əzələlərin işini və sümüklərin möhkəmliyini də təmin edir. Yetkin bir insan bədənində təxminən 2 kq qədər kalsium olur. Bu kalsiumun 99%-i sümüklərdə yığılmışdır. Qalanı isə maddələr mübadiləsi ilə əlaqədar funksiyalarda istifadə edilir. Bədən funksiyalarının davam etməsi üçün də, təxminən 0,5 qramlıq kalsiumun qanda dövr etməsi kifayətdir.

Kanda ne kadar kalsiyum bulunduğunu ölçmek çok zordur.

İndi bu xəyali nümunə üzərində düşünək: Önünüzə xüsusi bir şüşə içində 1 litr qan qoyulsun və bu qanın əməliyyatda gözləyən bir xəstəyə nəql ediləcəyi, ancaq bir problem olduğu deyilsin. Bu qanın içində kalsium əskikliyi olduğu, ancaq nə qədər əskik olduğunun təsbit edilə bilmədiyi ifadə edilsin. Həmçinin, sizə istifadə etməniz üçün böyük bir qabda kalsium tozu da verilsin və sizdən əskik miqdarı tamamlamanız istənilsin.

Görəsən nə edərdiniz?

Əvvəlcə etməniz lazım olan, önünüzdəki qanda nə qədər kalsium olduğu ölçmək olacaq. Ancaq bunun üçün çox inkişaf etmiş texnoloji alətlər lazımlıdır ki, buna zaman və imkan o an üçün yoxdur. Bu vəziyyətdə olduqca çarəsiz qalarsınız.

Tiroid bezi ve paratiroid bezinin çok önemli görevleri vardır...

Ancaq bütün insanların bədənində hər an kalsium nisbətini hesablayaraq lazımlı tədbirləri alan möhtəşəm bir mexanizm var: Tiroid vəzi və tiroid vəzinin içərisinə basdırılmış bir başqa hormonal vəzi olan paratiroid vəziləri bədəndə kalsium tarazlığının təmin edilməsi üçün ən ağıllı bir plana uyğun gələrək işləyərlər. Xüsusilə paratiroid vəzisinin tək vəzifəsi, bütün ömrünüz boyunca, gecə-gündüz qanınızda nə qədər kalsium olduğunu ölçmək və kalsium nisbətini ən ideal ölçülərdə tutmaqdır.

Paratiroid vəzisi çıxardığı son dərəcə xüsusi bir yaradılışa sahib parathormon vasitəsiylə qanda olan kalsium nisbətinə müdaxilə edər. Əgər qanda kalsium miqdarı düşsə dərhal parathormon ifraz edər.

Paratroid bezi, kalsiyum atomlarını nasıl tespit eder?

Paratiroid vəzisi kiçik bir ət parçasıdır. Hüceyrələrin bir yerə gəlməsindən yaranan bir ət parçası, qarşısından axan qan çayının içində olan kalsium atomlarını necə müəyyən edər? Gözü, qulağı, əlləri olmayan hüceyrələr, qanda olan duz, qlikoz, yağ, amin turşuları, zülallar, hormonlar, fermentlər, laktik turşu, karbon 4 oksid, azotlu tullantı, natrium, kalium, ürə (Azotlu qidaların bədəndə yanmasıyla yaranan, ərimiş bir vəziyyətdə sidiklə xaric olan azotlu maddə.), ürik turşusu, dəmir, bikarbonat kimi minlərlə fərqli maddə arasından kalsium atomlarını necə seçə bilər? Hüceyrə, kalsiumu necə tanıyar? Kalsiumun qanda nə qədər olması lazım olduğunu haradan bilər? Kalsium miqdarını hansı şüur ilə ölçər? Kalsiumun az yoxsa çox olduğuna necə qərar verər?

Bu nöqtədə təkrar xatırlatmaq lazımdır ki, bu hüceyrələr ağıl və şüur sahibi olmayan, millimetrin ancaq 1%-i böyüklüyündə varlıqlardır. Bu varlıqların bizim adımıza qandakı kalsium miqdarını müvəffəqiyyətlə ölçə bilmələri sonsuz elm sahibi uca Allahın yaradılışının dəlillərindən yalnız biridir.

Parathormon, kalsiyum miktarını nasıl yükseltecektir?

Paratiroid hüceyrələri etdikləri ölçümlər nəticəsində kalsium miqdarının azalmasına qərar versələr dərhal parathormon ifraz edərlər. Yaxşı, parathormon kalsium miqdarını necə yüksəldəcək? Bu kiçik molekul haradan kalsium tapa biləcək? Parathormon, hər biri üçün çox geniş biologiya məlumatına sahib olunması lazım olan 3 ayrı yoldan qan üçün kalsium qaynağı tapar:

Parathormon, kalsiyumun bir kısmını kemiklerden ödünç alır.

1. Sümüklərdə bol miqdarda kalsium olur. Parathormon, kalsiumun bir qismini sümüklərdən alır. Sümük hüceyrələri, kalsiumu yığaraq və normal şərtlərdə buraxmaq istəməzlər. Ancaq parathormonun düsturu ilə qarşılaşdıqlarında təbii olaraq bir miqdar kalsiumu sərbəst buraxarlar.

 

2. Sidiklə birlikdə bir miqdar kalsium bədəndən xaric olur. Sidikdəki kalsiumun təkrar qana qarışdırılması lazımdır. Bunun üçünsə, böyrək hüceyrələrinin sidikdəki kalsium molekullarını tutmalı və geri almalıdırlar. Bu dəfə parathormon böyrək hüceyrələrinə bu əmri verər və böyrək hüceyrələri bu əmrə itaət edərək kalsium molekullarını geri yığarlar.

Parathormon, çok özel bir moleküldür.

3. Son üsul isə, bədənə girən kalsiumun ən çox istifadəyə keçirilməsidir. Yediyiniz qidalardakı kalsiumun qana qarışması incə bağırsaqda reallaşır. Ancaq kalsiumun geri sorulması üçün bağırsaq hüceyrələrinin aktiv hala gəlmiş D vitamininə ehtiyacları vardır. Bu nöqtədə böyük bir problem ortaya çıxır; çünki yediyiniz qidalar yoluyla əldə etdiyiniz D vitamini aktiv halda deyil.

4. Bağırsaqlarınızın daha çox kalsium əmməsi qandakı kalsium miqdarını artırmanız üçün bu problemi ortadan qaldırmanız lazımdır. Yəni aktivlənməmiş D vitamininin kimyəvi quruluşunu dəyişdirəcək və aktivlənmiş bir hala gətirəcək çox xüsusi bir molekul tapmaq məcburiyyətindəsiniz. Bu molekul yenə parathormondur.

Kalsiyumun geri emilmesi için D vitaminine ihtiyaç vardır.

İndi bu nöqtədə çox diqqətli bir şəkildə düşünmək lazımdır. Qanda olan kalsium miqdarının artırılması üçün bir-birindən müstəqil 3 fərqli yol var və bir-birindən çox fərqli bu üç sistemin işə başlamasını təmin edən açar eynidir. Bu açar üç sistemin də kontaktını (təmasını) çevirir. Daha da heyranlıq yaradan, bir-birindən çox fərqli quruluşda olan və çox fərqli iş şəkilləri olan bu sistemlərin kontaktları çevrildiyi zaman əldə edilən nəticənin eyni olmasıdır: "Qanda olan kalsium miqdarını artırması."

Şuursuz hücreler insanı dahi aciz bırakan bu akıl gösterisini nasıl yaparlar

Yaxşı, bu hormonun düsturunu paratiroid hüceyrələri necə tapıblar? Bu molekulun, sümükləri, böyrəkləri və D vitaminini təsir edəcəyini necə biliblər? Necə olur ki, tarix boyu yaşamış milyardlarla insanın paratiroid vəzisi -xəstəlik hadisələri xaricində- bu doğru düsturu çıxarmağı bacarıbdır? Sümüklərin kalsium yığdıqlarını, sidik içində xaric olmaq üzrə olan kalsium olduğunu və incə bağırsaq hüceyrələrinin kalsium sovurması üçün aktiv D vitamininə ehtiyacları olduğunu, paratiroid hüceyrələri haradan bilirlər? Bu üç sistemi işlədəcək düsturu necə tapıblar? Şüursuz hüceyrələr insanı belə aciz buraxan bu ağıl nümayişini necə edirlər?

Hücrelerin üzerinde tecelli eden bu akıl ve planlama,Yüce Allah'a aittir...

Hüceyrələrin üzərində təcəlli edən bu ağıl və planlama, əlbəttə hüceyrələri də, kalsium molekulunu da, insanı da yoxdan var edən, insanı kalsium molekuluna möhtac bir şəkildə yaradan, sonra bu ehtiyacın qarşılanması üçün qüsursuz bir sistem var edən, göylərin, yerin və ikisi arasındakıların Rəbbi, Rəhman və Rəhim olan Allahdır. Şübhəsiz Allahın şanı çox Ucadır.

 

"Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur." (Bəqərə surəsi, 255)